Modern.az

Deputat təhsillə bağlı həyəcan təbili çaldı: Saxta diplomları araşdırmalıyıq!

Deputat təhsillə bağlı həyəcan təbili çaldı: Saxta diplomları araşdırmalıyıq!

Təhsil

28 İyun 2024, 11:12

Ölkədə təhsil səfərbərliyinə başlamaq lazımdır. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bildirib.

"Biz elə bilirik ki, ölkədə sanki saxta diplom alanlar ancaq müəllimlərdir. Biz bunu ciddi araşdırmalıyıq. Biz müəllimlərin sosial durumlarına baxsaq görərik ki, bəzilərinin sertifikasiya prosesinə hazırlaşmaq imkanı yoxdur. Digər tərəfdən, direktorlar üçün səlahiyyət müddəti beş il müəyyən olunub. Bu müddətdə direktor məktəbi necə toparlaya bilər? Ona görə də ölkədə təhsil sahəsində səfərbərlik gücləndirilməlidir”, -deyə o bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?