Modern.az

Gənc müəllimlər bölgələrdə işləməyə həvəsləndirilsin! - Ekspert

Gənc müəllimlər bölgələrdə işləməyə həvəsləndirilsin! - Ekspert

Təhsil

28 İyun 2024, 15:20

Sertifikasiya imtahanları onu göstərdi ki, rayonlarda xüsusilə gənc müəllimlərə ehtiyac var. Bəs gənc müəllimlərin ucqar bölgələrdə fəaliyyət göstərmələri üçün hansı həvəsləndirici tədbirlər görülməlidir?


Təhsil eksperti Elçin Əfəndi Modern.az-a bildirib ki, gənc müəllimləri bölgələrdə işə cəlb olunması ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən tədbirlərin həyata keçirilməsi vacibdir:

 

“Bunun üçün hazırda müəllimlərin yaşadıqları ərazidən müəyyən məsafədə çalışdıqları zaman əməkhaqlarına artım nəzərdə tutulur. Amma bununla paralel olaraq düşünürəm ki, digər həvəsləndirici addımlar da olmalıdır. Məsələn, müəllimlərin çalışdıqları ərazidə evlə təmin olunması, kommunal xidmət xərclərindən azad olunması həyata keçirilə bilər”.

 

Ekspert bildirib ki, pedoqoji ixtisasları seçən abituriyentlər üçün əlavə təqaüdlərin verilməsi ən azı gənc müəllimlərin yetişməsinə gətirib çıxara bilər:

 

“Əsasən çətinlik çəkdiyimiz bölgələrdə vakant yerlər olduğu zaman oraya gedilməməsidir. Qeyd etdiyim tətbiqlər, yerdəyişmə imtahanı zamanı bölgələrdə çalışan müəllimlərə üstünlük verilməsi və digər addımların atılması vacibdir”.
 

Rəşid Qarayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?