Modern.az

Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı bu addım atılacaq 

Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı bu addım atılacaq 

Təhsil

28 İyun 2024, 16:44

Sertifikasiya imtahanlarında Ağcabədi rayonu üzrə xarici dil müəllimlərinin 42%-i, Tərtər rayonu üzrə isə Azərbaycan dili müəllimlərinin 14%-i, Gədəbəy rayonu üzrə riyaziyyat müəllimlərinin 24%-i keçid balını toplaya bilməyib. Növbəti illərdə bu göstəricilərin azaldılması üçün regional Təhsil idarələrində hansı addımlar atılacaq?
 

Modern.az mövzu ilə bağlı Qazax-Tovuz və Qarabağ Regional təhsil idarələri ilə əlaqə saxlayıb.
 

Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, ilk dəfə sertifikatlaşdırılma prosesində uğur qazana bilməyən təhsilverənlərin müəssisələr üzrə sayı müəyyən edildikdən sonra onların təlim ehtiyacları öyrəniləcək. "Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən təhsilvərənlərlə onların əməkdaşlığı təmin ediləcək. Həmçinin müvafiq təlimlərə cəlb ediləcəklər".
 

Qarabağ Regional Təhsil İdarəsindən sorğumuza verilən cavaba görə, yaxın müddətdə ilk növbədə nəticələr təhlil olunacaq. Əldə edilən nəticələrə görə təhsilverənlər mütəmadi olaraq təlim və kurslara cəlb ediləcəklər.
 

Rəşid Qarayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?