Modern.az

Məktəblilərimiz Riyaziyyat Olimpiadasında uğurlu çıxış etdi - FOTO

Məktəblilərimiz Riyaziyyat Olimpiadasında uğurlu çıxış etdi - FOTO

Təhsil

29 İyun 2024, 15:14

Türkiyənin Antalya şəhərində Yeniyetmələrin 28-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (JBMO 2024) təşkil edilib. Olimpiadada 22 ölkədən 135 şagird iştirak edib.

 

Modern.az xəbər verir ki, ölkəmiz sözügedən olimpiadada 2010-cu ildən iştirak edir və bu ilə kimi məktəblilərimiz 3 qızıl, 22 gümüş, 29 bürünc olmaqla ümümilikdə 54 medal qazanıb. Bu il ilk dəfə olaraq ölkəmiz ikinci yerə yüksəlib və həmçinin ilk dəfə olaraq qız şagirdimiz qızıl medal əldə edib.

 

Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Zəhra İbişova qızıl, Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 9-cu sinif şagirdi Davud Tarverdili, Şəki şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin 8-ci sinif şagirdi Turan Musayev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Fərhad Hüseynov və Tural Müseyibzadə gümüş medal qazanıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?