Modern.az

Magistraturaya ixtisas seçimi BAŞA ÇATDI

Magistraturaya ixtisas seçimi BAŞA ÇATDI

Təhsil

1 İyul 2024, 13:46

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün ixtisaslaşma seçimi başa çatıb.

Bakalavr ərizələrinin təsdiqi 1 iyul saat 12:00-da yekinlaşıb.

İxtisaslaşma seçimi iyunun 21-dən 30-dək aparılıb.

Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, təsdiq edilmiş ərizələrin sayı aşağıdakı kimidir:

Azərbaycan bölməsi - 14381; rus bölməsi - 1279; cəmi – 15660

Xatırladaq ki, ixtisaslaşma seçimi üçün magistraturaya 11 fevral və 28 aprel 2024-cü il tarixlərində iki dəfə qəbul imtahanı keçirlmişdi.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ