Modern.az

MİQ imtahanlarında ən çox bu fənlər üzrə müəllimlər iştirak edəcək

MİQ imtahanlarında ən çox bu fənlər üzrə müəllimlər iştirak edəcək

Təhsil

2 İyul 2024, 14:58

Bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları başlayıb. Bu il müəllimlər üçün neçə vakant yer ayrılması planlaşdırılır? Bir müddət əvvəl keçirilən sertifikasiya imtahanlarının nəticələri vakant yerlərin sayına təsir edəcəkmi?

Təhsil eksperti Elçin Murad Modern.az-a bildirib ki, hər il müxtəlif fənlər üzrə minlərlə namizəd müəllimlərin işə qəbulu prosesində iştirak edir:

“Bu il də əsasən, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ibtidai sinif müəllimiliyi üzrə daha çox namizədin test mərhələsində iştirakı gözlənilir. Təklif olunan vakansiya yerləri ilə bağlı dəqiq bir məlumat vermək olmasa da, bu il sertifikasiya imtahanından kəsilən və ümumiyyətlə, orta məktəblərdə boş qalan vakansiya yerləri onu deməyə əsas verir ki, işə qəbul daha çox müəllim ehtiyacı yaradacaq”.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu il MİQ imtahanlarına ümumilikdə 61 000-ə yaxın namizəd dəvət olunub.

Bu gün 2 564 nəfər texnologiya, 1 592 nəfər isə təsviri incəsənət fənni üzrə imtahan verir.
 

Rəşid Qarayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”