Modern.az

BMU-da təkrar ali təhsil üçün qəbul həyata keçirilir

BMU-da təkrar ali təhsil üçün qəbul həyata keçirilir

Təhsil

2 İyul 2024, 16:04

Bu ildən etibarən Bakı Mühəndislik Universitetində (BMU) ilk dəfə olaraq təkrar ali təhsil almaq imkanı yaradılıb.

2024/2025-ci tədris ili üzrə təkrar ali təhsil almaq üçün universitetə sənəd qəbulu ümumilikdə 36 ixtisas üzrə aparılır.

Təkrar ali təhsil almaqda BMU-ya üstünlük verənlər üçün geniş seçim imkanları mövcuddur. Qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində həyata keçirilir.

İxtisaslar və digər məlumatlarla daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: //beu.edu.az/az/page/tekrar-ali-tehsil-400/

Təkrar ali təhsilə tələbə qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin //portal.edu.az  elektron portalı vasitəsilə gerçəkləşdirilir. Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək olar.

Sənəd qəbulu 31 avqust 2024-cü il saat 18.00-da başa çatacaq. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”