Modern.az

Magistraturaya keçid balları aşağı düşüb? - Ekspert RƏYİ

Magistraturaya keçid balları aşağı düşüb? - Ekspert RƏYİ

Təhsil

3 İyul 2024, 12:16

Dünən ali məktəblərin magistratura pilləsinə qəbulun nəticələri elan olunub. Magistraturaya keçid balları aşağı düşüb, yoxsa artıb? 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, bu il magistratura imtahanlarının ikinci turu gözlənilməz dərəcədə çətin olub:
 

“Birinci turda zəif nəticə əldə edən bakalavrlar ikinci turda yüksək nəticə əldə etməyi gözləyirdi. İkinci turun çətin olması onlar üçün gözlənilməz idi. Bu il keçid ballarında xeyli aşağı düşmələr var. Biz bunu proqnozlaşdırmışdıq. Demək olar ki, plan yerinə uyğun sayda namizəd sənədini təsdiqləmişdi. Ərizəsini təsdiqləməyən bakalavrların da sayı kifayət qədər oldu. Bu da nəticələrin aşağı düşməsinə səbəb oldu. Bunun bir mənfi cəhəti var ki, gələn il olacaq artmalar bakalavrları çaşdıracaq. Nəticələrin bu qədər aşağı düşməsini yaxşı hal kimi qiymətləndirmirəm. Ona görə ki, sualları bu qədər çətin edib balları aşağı salmaq məcbur deyildi. Bunun çətinliyi gələn il yaşanacaq. Gələn il qaldırılacaq ballar istər-istəməz bakalavrları çaşdıracaq”.
 

Ekspert bakalavrlara xəbərdarlıq edərək bildirib ki, magistraturaya qəbul olunan namizədlər 8-18 iyul tarixlərində qeydiyyatdan keçməlidirlər:
 

“Əgər qeydiyyatdna keçməsələr, bu imtina hesab ediləcək. Boş qalan yerlər üçün ikinci tur olacaq. Tutulmayan,  yaxud qəbul oluunub imtina edilən yerlər yenidən ixtisas seçimi üçün açılacaq. Əgər siz birinci turda qəbul olunmusunuzsa, imtina edib ikinci tura buraxılmırsınız”.
 

Qeyd edək ki, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13484 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul olunanlardan 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.
 

Rəşid Qarayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”