Modern.az

MİQ imtahanlarında psixoloji baryer aşılıb - İctimai Şuranın sədri

MİQ imtahanlarında psixoloji baryer aşılıb - İctimai Şuranın sədri

Təhsil

4 İyul 2024, 09:28

Məllimlərin işə qəbulu (MİQ) imtahanlarının ilkin nəticələri məlum olmağa başlayıb. Artıq sosisal şəbəkələrdə yüksək nəticə əldə edən bir çox müəllimlərin məlumatları ilə qarşılaşırıq. Bu imtahanların ümumi nəticələrindən gözləntilər nələrdir? Bu il imtahan verən müəllimlər nə qədər hazırlıqlıdır?

Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctima Şuranın sədri Hikmət Əlizadə bildirib ki, sözügedən imtahanlarla bağlı psixoloji baryer artıq aradan qalxıb:

“Ali məktəb məzunları və eləcə də müəllim işləmək istəyən insanlar həvəslə bu imtahanlarda iştirak edirlər. Onlar artıq daha inamlıdırlar, çünki öz üzərlərində daha böyük məsuliyyətlə çalışıblar, daha böyük nəticə toplamağa hazırdırlar. Bu təbii ki, apardığımız təhsil siyasətinin nəticəsidir”.

Şura sədri bildirib ki, hazırda sosial şəbəkələrdə və müxtəlif saytlarda yüksək bal toplayan müəllimlər haqqında məlumatlar verilir:

“Bu imtahanlarının nəticəsi onu göstərir ki, məktəblərə daha keyfiyyətli müəllimlər gələcəklər və yeni nəslin daha yüksək səviyyədə təhsil almasına şərait yaradacaqlar”.
 

Rəşid Qarayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi