Modern.az

Dövlət Agentliyinə yeni şöbə müdiri təyin olundu

Dövlət Agentliyinə yeni şöbə müdiri təyin olundu

Təhsil

4 İyul 2024, 14:26

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinə müdir təyin olunub.

 

Modern.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Mübariz Qafarşah oğlu Hacıbəyov Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

M.Hacıbəyov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 2005-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.

 

Qeyd edək ki, M.Hacıbəyov bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyində olan Riyaziyyat və Mexanika İnstitutunda çalışıb və Milli Aviasiya Akademiyasında Ali riyaziyyat kafedrasının professoru vəzifəsini icra edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi