Modern.az

İmtahan cavabları nə vaxt açıqlanacaq?

İmtahan cavabları nə vaxt açıqlanacaq?

Təhsil

7 İyul 2024, 22:25

II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanı başa çatıb.

 

Modern.az DİM-ə istinadən bildirir ki, iyulun 8-dən etibarən imtahan protokolları və materialların emalına başlanılacaq.

 

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu