Modern.az

UNEC “QS Avropa 2025” reytinqində ölkə birincisidir

UNEC “QS Avropa 2025” reytinqində ölkə birincisidir

Təhsil

10 İyul 2024, 19:48

Dünyanın nüfuzlu “QS Quacquarelli Symonds” agentliyi “QS Avropa 2025” (QS Europe 2025) reytinq nəticələrini elan edib. Nəticələrə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ötən illə müqayisədə 68 pillə irəliləyərək, reytinqdə 281-ci yerə yüksəlib və ölkə birincisi olub. Qərbi Asiya universitetləri arasında isə UNEC 12-ci yerə yüksəlib.

 

Bu barədə Modern.az-a UNEC-dən məlumat verilib.

 

UNEC reytinqdə “Akademik nüfuz” (Academic Reputation) indikatoruna görə ölkədə birincilik əldə edib, Avropanın isə ən yaxşı 162-ci universiteti olub.

 

Eyni zamanda, “İşəgötürənlərin nüfuzu” indikatoru üzrə ölkədə lider olan UNEC, Avropanın 150 ən yaxşı universiteti sırasına yüksəlib.

 

UNEC-in reytinqdə ölkədə lider olduğu digər indikator isə “Dayanıqlılıq” (Sustainability) üzrədir.

 

“Məşğulluq nəticələri” (Employment Outcomes) üzrə də UNEC mövqeyini artıraraq, Avropanın ən yaxşı 200 universiteti sırasına yüksəlib.

 

Qeyd edək ki, QS Avropa Universitetləri reytinqində 42 ölkənin 685 ali təhsil müəssisəsi təmsil olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı