Modern.az

Universitet tələbələrin qeydiyyatı ilə bağlı YENİLİK ETDİ

Universitet tələbələrin qeydiyyatı ilə bağlı YENİLİK ETDİ

11 İyul 2024, 09:48

Azərbaycan Texniki Universiteti (AzTU), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin nümayəndələri arasında aparılan müzakirələrin nəticələrinə uyğun olaraq universitetə qəbul olunanların qeydiyyatı ilə bağlı bir ilkə imza atılıb. 

Modern.az xəbər verir ki, bu ildən AzTU-ya qəbul olunanlardan (bakalavr, magistr, doktorant) kağız formada heç bir sənəd tələb olunmayacaq. Sənədlərin qəbulu yalnız Elm və Təhsil Nazirliyinin portal.edu.az platforması üzərindən aparılacaq.

Qeyd edək ki, bundan əvvəl ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı portal.edu.az üzərindən aparılsa da, paralel olaraq universitetlər tələbələrdən kağız formada da sənədlər tələb edirdi.

"AzTU rəhbərliyi tələbələrin rahatlığını düşünərək onların vaxt itkisinin, əlavə xərclərinin, həmçinin kağız israfının qarşısını almaq, xüsusilə də ölkədə rəqəmsal transformasiyanın inkişafına töhfə vermək məqsədilə sözügedən yeniliyin tətbiqi ilə bağlı qərar verib", - Universitetdən saytımıza bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?