Modern.az

Sabah ölkə ərazisində mülayim hava şəraiti olacaq

Sabah ölkə ərazisində mülayim hava şəraiti olacaq

23 Noyabr 2013, 12:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam saatlarında bəzi yerlərdə duman olacağı bildirilib. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında noyabrın 24-də havanın temperaturu gecə 4-8, gündüz 11-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 24-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərə səhər və gecə saatlarında az yağış yağacaq, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU