Modern.az

Məhəmməd Əmin Rəsulzadənin CANLI SƏSİ-i: “Sizlərə xitab edirəm..”

Məhəmməd Əmin Rəsulzadənin CANLI SƏSİ-i: “Sizlərə xitab edirəm..”

23 Noyabr 2013, 14:03


Prezident İlham Əliyevin Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubleyinin qeyd edilməsi ilə bağlı sərəncamı ictimai-siyasi darələrdə böyük rezonans doğurub. Mövqeyindən asılı olmayaraq, bütün siyasi qüvvələr dövlət başçısının bu sərəncamını dəstəklədiklərini bəyan ediblər.

Modern.az saytı gündəmin hadisəsini nəzərə alaraq, Məhəmməd Əmin Rəsulzadənin 1953-cü il may 28-də “Ameriaknın səsi” radiosu vasitəsi ilə Azərbaycan xalqına təbrikinin auidoyazısını təqdim edir.

“Əziz Vətəndaşlarım! "Amerikanın Səsi" Radiosunun verdiyi imkanlardan istifadə edərək, bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 Mayısda Sizlərə xitab edirəm. 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə mədana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyasət sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad Xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır”- deyə M.Ə.Rəsulzadə çıxışınıda qeyd edib.


Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU