Modern.az

68 yaşı tamam olan Vahid Əziz: “Biz qayğı istəyirik”

68  yaşı tamam olan Vahid Əziz: “Biz qayğı istəyirik”

23 Noyabr 2013, 15:02


Bu gün Azərbaycanın tanınmış şairlərindən olan Vahid Əzizin 68 yaşı tamam olur. 1945-ci ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunda anadan olan Vahid Əziz bir çox məsul vəzifələrdə çalışmaqla yanaşı məhsuldar yaradıcılıqla da yadda qalıb. Belə ki, onun  sözlərinə yazılmış 40-dan çox mahnısı sovet dövrünün ən  tanınmış sənətçiləri tərəfindən ifa edilib. Modern.az saytı ad günü ilə əlaqədar şairlə əlaqə saxlayıb.  Gələcək  yaradıcılıq planlarından danışan şairdə bu günümüzə qarşı giley də hiss olunub: “Əvvəla, təbrikə görə çox sağ olun. Hamınıza minnətdarlığımı bildirirəm.  Bir neçə  çap olunmayan kitabım var. İmkansızlıqdan çap edə bilməmişəm. İstəyirəm ki, 70 yaşıma kimi 10 cildliyim işıq üzü görsün. Mənim mahnılarıma o vaxt da xeyli mahnılar bəstələnib, indi də. Həmin mahnılardan ibarət albom tərtib etmək olardı. Sadəcə bu işlərin hamısını özüm görürəm deyə çatdırmaq olmur. Arzum budur ki bizim kimi yaşlı ziyalılara qayğı göstərilsin. Biz qayğı istəyirik.”

 

Elmin Nuri  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin köməkçisinin Qarabağ yalanı - Bakıdan sərt REAKSİYA