Modern.az

“Rüstəm İbrahimbəyovun istefası Milli Şuranın dəfni deməkdir”

“Rüstəm İbrahimbəyovun istefası Milli Şuranın dəfni deməkdir”

Təhsil

23 Noyabr 2013, 15:03

“Müxalifətin hazırki durumu seçkilərdən əvvəllər bəlli idi. Azərbaycanda real müxalifətin gücünün zəifləməsi, siyasi fəallığın enməsi, həm də seçkidən sonra nəticələrin bəlli olması siyasi aktivliyi xeyli aşağı saldı. Seçkinin hüquqi tərəfi bitmiş sayılır”.

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası Divanının sabiq üzvü, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O, hesab edir ki, müxalifət yeni fəaliyyət formulası tapmalıdır:

“Formula onun yenidən təşkilatlanmasına, sıralarının möhkəmlənməsinə və daha çox konseptual istiqamətdə fəaliyyət göstərməsinə kömək etməlidir. İctimai Palata yararananda dedim ki, gəlin ortaya mövqe qoyaq. Yəni İP-in sənədləri, kommisiyaları yaradılmalı idi. Biz bununla indiki parlamentə alternativ olduğumuzu sübuta yetirə bilməli idik. Təəssüflər olsun, İP yaranandan sonra onun hədəfləri tamamilə unuduldu və bunu siyas blok kimi proseslərə cəlb etdilər. İP görüntüsü mitinq keçirmək kimi fəaliyyətindən ibarət oldu. Bu da özünü doğrultmadı. Düşünürəm, bu, yanlış taktika idi”.

A.Qeybulla qeyd edib ki, Milli Şurada da ciddi işlər görülməlidir: “Milli Şura yaradılandan sonra ixtisarlar oldu. Bilirsiz ki, bəzi partiyalar qurumun sıralarını tərk etdilər. Yəni Milli Şura əvvəlki yaradıldığı formatda deyil. Amma yenə də qurum bu cür formatla davam edəcəksə, müəyyən proqramlar haqqında düşünmək olar. Mitinqlər olmalıdır, bunlar vacibdir və fundamental azadlıqlar sırasındadır, amma siyasi situasiyaya uyğun tədbirlərdən istifadə etmək lazımdır. Bizim fəaliyyətimizi bütün dünya izləyir, hakimiyyəti idarəetmə qabiliyyəti, intellektual potensialı, otuşmuş müxalifət olduğumuzu sübut etməliyik”.

Professor Müsavat Partiyanın Milli Şura ilə bağlı mövqeyinə də münasibət bildirib:

“Rüstəm İbrahimbəyovun istefa verməsini tələb edən Müsavat Partiyasının funksionerlərinin mövqeyi partiyanın mövqeyi ola bilməz. Partiyanın mövqeyi yalnız rəsmi strukturlarda verilir. Ayrı-ayrı funksionerlərin mövqeyi partiyanın mövqeyi kimi qəbul olunmamalıdır. Hesab edirəm ki, Milli Şura siyasi mənsubiyəti olmayan bir şəxsin ideyası ətrafında formalaşdığına görə, burada bir konsolidasiya mümkün olmalıdır. Əgər bu mümkün olmayacaqsa, onda Milli Şuranın yaradılmasına nə ehtiyac var idi. Milli Şura cəmiyyətdən gələn sifariş idi. Uzun müddət insanlar müxalifətin birləşməməsindən şikayət edirdilər. Bilirsiz ki, Azərbaycanda müxtəlif siyasi oriyentasiyalı, müxtəlif hədəfli siyasi partiyalar mövcuddur. Bunların bir yerdə fəaliyyət göstərməsi real görünmür. Amma bu, Milli Şuranın fəaliyyətində mümkün oldu. Bu da Rüstəm İbrahimbəyovun siyasi mənsubiyyətinin olmaması ilə bağlı idi. Bu gün Rüstəm İbrahimbəyov istefa verəcəksə, Milli Şuranın formatı itəcək. Belə olarsa, Milli Şura dəfn olunacaq. Burada yeni qurumun yaradılmasından söhbət gedə bilər. Düşünürəm, bu cür təkliflər bu gün üçün optimal deyil”.

İlkin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU