Modern.az

Metal məmulatlarının istehsalı yarıbayarı azalıb

Metal məmulatlarının istehsalı yarıbayarı azalıb

23 Noyabr 2013, 20:03

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 324,3 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, istehsalın həcmi metallurgiya sənayesində 0,3% artıb.

Ötən 10 ayda hazır metal məmulatlarının istehsalı sahəsində isə 51,7% azalma baş verib.

Yanvar-oktyabr ayları ərzində sahə üzrə 1,6 min ton və ya 77,7% çox çuqun tökmə, 57,1 min ton və ya 9,0% çox polad borular, 189,5 min ton və ya 8,6% az armatur istehsal edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU