Modern.az

Magistraturaya sənəd qəbulu prosesinin müddəti uzadıldı

Magistraturaya sənəd qəbulu prosesinin müddəti uzadıldı

19 İyul 2024, 11:12

Ali təhsil pilləsinin magistratura səviyyəsinə elektron sənəd qəbulu prosesinin müddəti 22 iyul saat 18:00-dək uzadılıb. 
 

Modern.az xəbər verir ki, magistratura səviyyəsinə qəbul olunmuş namizədlər //portal.edu.az/  platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciətlərini edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. 
 

Portalda həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların yerləşdirilməsinə dair bölmə mövcuddur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri