Modern.az

Xaricə yalnız biometrik pasportla getmək olar? - DİN-dən izahat

Xaricə yalnız biometrik pasportla getmək olar? - DİN-dən izahat

26 Noyabr 2013, 12:37


“Biometrik pasportlardan artıq istifadə olunur. Əgər kimdəsə ümumvətəndaş pasportu varsa, həmin şəxs pasportun müddəti başa çatanadək xaricə səfərlərdə ondan istifadə edə bilər. Ümumvətəndaş pasportunu dəyişdirildiyi zaman həmin vətəndaşlara yeni, yəni biometrik pasportlar veriləcək”. Bunu Modern.az-a açıqlamasında DİN-in mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, vətəndaşlar biometrik pasportları DİN-in müvafiq mənqətələri ilə yanaşı, “ASAN xidmət” mərkəzlərindən də əldə edə bilərlər. 18 yaşdan yuxarı vətəndaşlar üçün isə biometrik pasportların verilməsi üçün 10 iş günü ərzində verilərsə – 40 manat, 5 iş günü ərzində – 80 manat, 1 iş günü ərzində – 160 manat rüsum tələb olunur. Gülşən Raufqızı  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur