Modern.az

Asəf Quliyev ilk iclası ADP-də keçirəcək

Asəf Quliyev ilk iclası ADP-də keçirəcək

26 Noyabr 2013, 15:19

Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) və Milli Şuradan istefa vermiş Asəf Quliyev yeni yaratdığı “Xalq arzusu” hərəkatının rəsmən elan olunduğu gün bəlli olub.

Modern.az-ın məlumatına görə, yeni yaradılan hərəkatın ilk iclası dekabrın 1-də saat 12-də Azərbaycan Demokrat Partiyasının (ADP) ofisində keçiriləcək. İclasda A. Quliyevin AXCP-dən istefa vermə səbəblərinə aydınlıq gətiriləcək və “Xalq arzusu” hərəkatının strukturu ilə bağlı məlumatlar veriləcək.

 

  İlkin PİRƏLİ  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur