Modern.az

Prezidentliyə keçmiş namizəd oturaq aksiyaya başladı

Prezidentliyə keçmiş namizəd oturaq aksiyaya başladı

26 Noyabr 2013, 15:32


Ermənistan prezidentliyə keçmiş namizəd, “Milli Özünütəyinetmə Birliyi” Partiyasının rəhbəri Paruyr Ayrikyan və tərəfdarları  “Süni SSRİ-yə yox!”, “Gömrük İttifaqına yox!”, “Vilnüs, yaxud istefa!”, “No Russian Empire!” şüarları ilə noyabrın 26-da Yerevanda prezident rezidensiyasının qarşısına gəliblər. Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, oturaq aksiya keçirənlər tələb ediblər ki, ya prezident Vilnüsə getməli, ya da istefa verməlidir.

Prezidentliyə keçmiş namizədin fikrincə, əgər prezident Vilnüsə getməyəcəksə, onda istefa variantını seçməlidir. “Milli Özünütəyinetmə Birliyi” Partiyasının lideri deyib ki, yaxın üç gün ərzində yerli vaxtla saat 12:00-dan 17:00-dək Baqramyan 26-da olacaq: “Əgər Serj Sərkisyanın Vilnüsə gedəcəyi açılansa, onda oturaq aksiyanı dayandıracağam”. Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU