Azərbaycan Diplomatik Akademiyası (ADA) Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının (APSİA) üzvü seçildi. Assosiasiya Şimali Amerika, Asiya və Avropada beynəlxalq münasibətlər, o cümlədən bu sahə ilə bir başa əlaqədar olan sülh, təhlükəsizlik, rifah, beynəlxalq anlaşma və s. kimi sahələr üzrə peşəkar tədrisin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən 60-dan çox universitet və proqramı özündə cəmləşdirir.
“ADA-nın qarşısına qoyduğu məqsədlərdən biri də tədris etdiyi bütün proqramların beynəlxalq akreditasiya əldə etməsidir. APSİA-ya üzvlk bu istiqamətdə atılmış addımlardan biridir,” deyə ADA-nın rektoru Hafiz Paşayev bildirib.
Assosiayasiyaya üzv olan digər universitetlərin rektor və dekanları adından ADA-nı təbrik edən APSİA Proqram İcraçısı Marqaret Braun üzlük nəticəsində ADA tələbələrinin dövlət quruculuğu və beynəlxalq münasibətlər üzrə əldə etdikləri bilikləri karyera inkişafı ilə əlaqələndirərək 21-ci əsrin əmək bazarının tələblərinə daha yaxşı uyğunlaşacaqlarını vurğulayıb.
ADA eyni zamanda Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə qrant müqaviləsi imzalamışdır. Müqaviləyə əsasən ADA-da Avropa Şurası Mərkəzi fəaliyyətə başlayacaqdır. Bu Mərkəz dövlət qulluqçularına təlimlər verməklə yanaşı, ADA-da Avropa Şurası Münasibətləri üzrə magistratura proqramının yaradılmasına yardım göstərəcək.
Modern.az