Modern.az

UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək

UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək

26 İyul 2024, 15:48

Avropanın aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində UNEC-in 18 tələbəsi təhsillərini aparıcı universitetlərdə davam etdirmək şansı qazanıb.

 

UNEC ilə Fransanın Montpellier Universiteti arasında reallaşdırılan ikili diplom proqramı çərçivəsində 11 tələbə 3-cü kurs təhsillərini Montpellier Universitetində alacaq. 4-cü kursda isə UNEC-də davam etdirərək, hər iki universitetin diplomunu əldə edəcəklər.

 

7 tələbə isə mübadilə proqramı ilə payız semestrində İspaniya, Almaniya, İtaliya, Polşa və Rusiyanın Malaga, Siegen, Sapienza, Kozminski, Sankt-Peterburq universitetlərində təhsil almaq hüququ qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri