Modern.az

IV qrupun qəbul imtahanında ən yüksək bal toplayan Orxanın FOTOSU

IV qrupun qəbul imtahanında ən yüksək bal toplayan Orxanın FOTOSU

Təhsil

27 İyul 2024, 11:58

İyulun 14-də keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri dünən açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər – Füzuli rayon Böyük Bəhmənli kənd 1 saylı orta məktəbin məzunu Abbasov Orxan Taleh oğlu və Gəncə şəhər 39 saylı orta məktəbin məzunu Hüseynova Nuray Emin qızı göstərib.

Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni də 697 bal toplayan Hüseynova Nuray Emin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

Füzuli rayon Böyük Bəhmənli kənd 1 saylı orta məktəbin məzunu Orxan Taleh oğlu Abbasovun qazandığı uğur təhsil ocağınıa hamını sevindib.
 

Məktəbdən Modern.az-a verilən məlumata görə, Orxan IV ixtisas qrupu üzrə qəbul imtahanında 397 bal toplayıb, o, blok imtahanında yüksək nəticə göstərib. Beləliklə, Orxanın ümumi balı 690.8 olub.

Orxan Taleh oğlu Abbasovun fotosunu təqdim edirik:


Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri