Modern.az

IV qrupun lider abituriyenti uğur qazanmağın yolunu GÖSTƏRDİ

IV qrupun lider abituriyenti uğur qazanmağın yolunu GÖSTƏRDİ

27 İyul 2024, 13:41

İyulun 14-də keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri dünən açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, IV qrup üzrə ən yüksək nəticəni əldə edən 2 nəfərdən biri Füzuli rayonu Böyük Bəhmənli kənd 1 saylı orta məktəbinin məzunu Orxan Abbasovdur. O, qəbul imtahanınsa 397 bal toplayıb. Buraxılış imtahanları ilə birgə ümumi nəticəsi isə 690.8 bal olub.

Modern.az Orxan Abbasovla əlaqə saxlayıb.

Orxan Abbasov əməkdaşımıza bildirib ki, Azərbaycan Tibb Universitetində müalicə işi fakültəsini seçməyi düşünür:


“Tibb Universitetində təhsil almağı, rezidenturanı isə xaricdə davam etdirməyi istəyirəm. Mümkün olsa, sonra doktorantura təhsili almaq fikrim də var. İnşallah, bunu zaman göstərəcək”.


Həmsöhbətimiz abituriyentlərə bütün dərsləri yubatmadan vaxtlı-vaxtında tam oxumağı məsləhət görüb:
 

“Lazımsız, boşuna vaxt aparan məşğuliyyətlərdən uzaq durmaq lazımdır. Bütün bunlara əməl olunsa, uğur qazanmağa kifayət edəcəkdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri