Modern.az

IV qrupda ən yüksək bal toplayan abituriyent hansı ixtisası SEÇƏCƏK...

IV qrupda ən yüksək bal toplayan abituriyent hansı ixtisası SEÇƏCƏK...

27 İyul 2024, 15:16

İyulun 14-də keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri dünən açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, IV ixtisas qrupu üzrə həm buraxılış, həm də blok imtahanlarının ümumi yekununa görə, ən yüksək nəticəni 697 bal toplayan Hüseynova Nuray Emin qızı göstərib.

O, imtahanın birinci mərhələsində 300 bal, ikinci mərhələdə 397 bal toplayıb.

Nuray Hüseynova Gəncə şəhər 39 saylı orta məktəbin məzunudur.

Modern.az Nuray Hüseynova ilə əlaqə saxlayıb.

Abituriyent əməkdaşımıza bildirib ki, imtahandan yüksək nəticə əldə edəcəyini gözləyirmiş:

“İmtahan prosesi müsbət, unudulmaz xatirələrlə yadımda qalacaq".

Nuray Hüseynova deyib ki, Azərbaycan Tibb Universitetininde Müalicə işi fakültəsində təhsil almağı düşünür:

“Azərbaycan Tibb Universitetini bitirdikdən sonra təhsilimi xaricdə davam etdirməyi nəzərdə tuturam”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri