Modern.az

Beynəlxalq Fizika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Beynəlxalq Fizika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Təhsil

30 İyul 2024, 10:04

21–29 iyul tarixlərində İran İslam Respublikasının İsfahan şəhərində keçirilmiş Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2024) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, İsfahan Texnologiya Universitetində təşkil olunmuş olimpiadada 46 ölkədən 230 məktəbli bilik və bacarığını sınayıb.

 

Nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 1 gümüş və 1 bürünc medal, 2 həvəsləndirici mükafat əldə ediblər. Belə ki, Kaspi liseyinin X sinif şagirdi İbrahim Valehli gümüş medala, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad İsmayılov bürünc medala, “Ankara məktəbi” məktəb-liseyin XI sinif şagirdi Rəvan Nəcəfli və akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Adil Səttarov olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi