Modern.az

"Keçid balları artacaq" - DİM-dən AÇIQLAMA

"Keçid balları artacaq" - DİM-dən AÇIQLAMA

Təhsil

31 İyul 2024, 10:18

Plan yerlərinin qeyd olunacağı "Abituriyent 4" jurnalı gələn həftə çap olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov məlumat verib.

 

O qeyd edib ki, gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq.

 

Vəfadar Misirovun sözlərinə görə, builki keçid ballarında dəyişiklik gözlənilir. Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul balı ötən illə müqayisədə bu il arta bilər.

 

"Lakin hansı qruplar üzrə dəyişiklik olması ixtisas seçimindən sonra dəqiq məlum olacaq", - DİM rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, ixtisas seçimi 9-19 avqust tarixləri arasında baş tutacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi