Modern.az

Rəbiyyət Aslanova Zaqataladakı kriminal hadisədən danışdı

Rəbiyyət Aslanova Zaqataladakı kriminal hadisədən danışdı

28 Noyabr 2013, 10:26

“Adi bir kriminal hadisədir. Baş vermiş kriminal hadisədə qeyri-adi heç nə yoxdur. Başqa bölgələrdə də belə hadisələr əvvəllər olub”. Bunu Modern.az-a açıqlamasında deputat Rəbiyyət Aslanova deyib. Xatırladaq ki, noyabrın 24-də Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində silahlı insident baş verib. Nəticədə Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, Vüsal Əliqayev isə xəsarət alıb. Hazırda Zaqatala ərazisində ciddi polis nəzarəti həyata keçirilir. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU