Modern.az

Prezident hərbi təhsil müəssisələri ilə bağlı Fərman verdi

Prezident hərbi təhsil müəssisələri ilə bağlı Fərman verdi

Təhsil

31 İyul 2024, 13:30

Prezident İlham Əliyev hərbi təhsil müəssisələri ilə bağlı Fərman imzalayıb.

Modern.az xəbər verir ki, Fərmana əsasən, “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”na Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kollecinin adı da əlavə olunub.

Fərmana əsasən, Milli Müdafiə Universitetinin rektorunun müavinləri, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Heydər Əliyev adına Hərbi İnstitutun rektorları və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin, Naxçıvan Hərbi Kollecinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Hərbi Liseyin rəisləri isə Universitet rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi