Müəllimlərin təkrar sertifikasiyasında nəticəsi uğursuz olan 4300-dən çox müəllimin müqaviləsinə xitam verilib.
Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sertifikasiya nəticəsində işdən çıxarıldıqdan sonra 90-a yaxın şəhid ailə üzvü olan müəllim sosial həssas kateqoriyadan olduğu üçün alternativ işlə təmin olunub.