Modern.az

BMU-İNHA İDP-nin 83 tələbəsi İnçon şəhərindədir - FOTO

BMU-İNHA İDP-nin 83 tələbəsi İnçon şəhərindədir - FOTO

Təhsil

20 Avqust 2024, 12:45

Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində 83 tələbə IV  kursu Koreya Respublikasında təhsil alacaq.

 

Modern.az xəbər verir ki, təhsillərini davam etdirmək üçün 17-18 avqust tarixlərində Koreyaya yola düşən  2021/2022-ci tədris ili proqramının tələbələri artıq İnçon şəhərinə yerləşiblər.  


Sonuncu kursu cari il sentyabr ayının 2-dən etibarən İNHA Universitetində davam etdirəcək 83 tələbə 19 avqustdan etibarən yeni mühitdə tədris prosesinə çevik uyğunlaşmaq məqsədilə intensiv şəkildə baza əsaslı dərslərə qatılırlar.


Tədrisi 3+1 modeli əsasında qurulan proqramın şərtlərinə əsasən, tələbələr bakalavriat səviyyəsində informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar.


Tədris ilini uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu əldə edəcəklər.


BMU-İNHA İDP “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. 

1372533

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi