Modern.az

Qarabağ Universiteti ali təhsil müəssisələrinin sərgisində

Qarabağ Universiteti ali təhsil müəssisələrinin sərgisində

Təhsil

5 Avqust 2024, 16:01

Qarabağ Universiteti Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan ali təhsil müəssisələrinin sərgisində təmsil olunub.

 

Ali təhsil müəssisəsindən Modern.az-a bidlirilib ki,  Dövlət İmtahan Mərkəzi tərəfindən 31 iyul – 2 avqust 2024-cü il tarixlərində həyata keçirilən ali təhsil müəssisələrinin sərgisində Qarabağ Universiteti də iştiak edib.

 

Ziyarətçilər sərgidə Qarabağ Universitetinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara dair məlumatlar əldə ediblər.

 

3 gün ərzində İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə və Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyevin iştirakı ilə Universitetin 27 ixtisası barəsində infosessiyalar  təşkil olunub, abituriyentlərə ixtisas seçiminə dair tövsiyələr verilib.

 

Qeyd edək ki, ümumilikdə 1500-dən artıq abituriyent və valideynin ziyarət etdiyi sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi