Modern.az

Mariya Stadnik Paris Olimpiadasına qələbə ilə başladı

Mariya Stadnik Paris Olimpiadasına qələbə ilə başladı

Təhsil

6 Avqust 2024, 14:43

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik "Paris-2024" Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

Modern.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən dördqat olimpiya mükafatçısı 1/8 finalda Almaniya təmsilçisi Anastasiya Blayvası sınağa çəkib.

Rəqibini 6:2 hesabı ilə məğlub edən titullu güləşçimiz 1/4 finala yüksəlib.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu