Modern.az

Türkiyə-Azərbaycan Universitetində oxumaq istəyənlərin nəzərinə!

Türkiyə-Azərbaycan Universitetində oxumaq istəyənlərin nəzərinə!

7 Avqust 2024, 10:50

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı "Açıq qapı" günü keçirilir.

 

Modern.az xəbər verir ki, "Açıq qapı" günü hər gün (şənbə və bazar daxil) Azərbaycan Texniki Universitetində 09:00-dan 18:00-a qədər davam edir. Abituriyentlər "Açıq qapı" günündə iştirak etməklə TAU ilə əlaqədar onları maraqlandıran bütün suallara cavab tapa bilərlər.

 

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universiteti (TAU) tələbə qəbulu elan edib. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisaslarını seçə bilərlər.

 

TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti (ODTÜ), İstanbul Tekniki Universiteti (İTÜ) və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi cəlb olunub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi