Modern.az

Bakıda oxuyan 1000-ə yaxın şagird yay məktəbində

Bakıda oxuyan 1000-ə yaxın şagird yay məktəbində

Təhsil

7 Avqust 2024, 11:37

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 34 təhsil müəssisəsində “Məktəblinin dostu”nun təşkilatçılığı ilə yay məktəbi keçirilir.

BŞTİ-dən Modern.az-a bildirilib ki, hazırda VII və VIII siniflər üçün keçirilən yay məktəbinə 1000-ə yaxın şagird qatılıb.

Yay məktəbinin məqsədi məktəblilərin yay tətili dövründə onlara əyləncəli və öyrədici proqramlar təşkil etməklə zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdan ibarətdir.

Proqrama əsasən burada şagirdlər üçün təlim, seminar və informativ sessiyalar, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunur.

“Məktəblinin dostu” layihəsinin əməkdaşları “Yol hərəkəti qaydaları”, “İlkin tibbi yardım”, “Fövqəladə hallarda davranış qaydaları”, “Sosial şəbəkələrdən faydalı istifadə”, ”İnternet təhlükəsizliyi”, “Düzgün danışıq və nitq bacarıqlarının həyatımızda rolu”, “Təbiəti qoruyaq”, “Heyvanlara qayğı”, “Təlimçi məktəbli” mövzularını əhatə edən maarifləndirici təlimlər keçirirlər.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi ümumi təhsil müəssisələrinin şagirdləri yay məktəbinə dərs ili ərzindəki müraciətləri əsasında könüllü şəkildə qatılıblar.

İki aylıq müddəti əhatə edən yay məktəbinə iyul ayı ərzində V və VI, avqust ayında isə VII və VIII sinif şagirdləri cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri