Modern.az

Bu universitetin Xətai korpusu KÖÇÜRÜLDÜ

Bu universitetin Xətai korpusu KÖÇÜRÜLDÜ

Təhsil

7 Avqust 2024, 18:33

Bakı Ali Neft Məktəbinin (BANM) Xətai korpusu yeni Ağ şəhər korpusuna köçürülüb.

 

Modern.az xəbər verir ki, bununla bağlı BANM-in rektoru Elmar Qasımov məlumat paylaşıb.

 

Rektor qeyd edib ki, yeni korpusda BANM-in davamlı təhsil fakültəsi, ingilis dili və humanitar fənlər mərkəzi fəaliyyət göstərəcək: "Eyni zamanda burada BANM-in nəzdində yeni liseyin yaradılması da nəzərdə tutulur".

 

Qeyd edək ki, bundan əvvəl BANM-ın Xətai korpusunda Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi barədə xəbər vermişdik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi