Modern.az

600-dən çox bal toplayanlar bu universitetləri seçir - SİYAHI

600-dən çox bal toplayanlar bu universitetləri seçir - SİYAHI

Təhsil

12 Avqust 2024, 17:50

Bu il keçirilən qəbul imtahanlarında rekord sayda abituriyent 600 və daha çox bal toplayıb. Ötən illə müqayisədə yüksək nəticə göstərənlərin sayı 2 dəfədən çox artıb. Belə ki, ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb, 2024-cü ildə isə bu say 3228 nəfər olub.

 

Bir çox ekspert yüksək bal toplayanların sayının çox olmasını əsas götürərək keçid ballarının artacağını düşünür. Qeyd edək ki, hazırda ixtisas seçimi mərhələsi davam edir. Proses avqustun 19-da başa çatacaq.

 

Modern.az 2023-cü ildə 600-dən çox bal toplayanların hansı ali təhsil ocaqlarını seçdiyini araşdırıb.

 

Belə ki, 600 və daha çox bal toplayan 1494 abituriyentdən 25 faizindən çoxu - 362 nəfəri Azərbaycan Tibb Universitetini seçib. Digər universitetlərlə bağlı vəziyyət aşağıdakı kimi olub

1. Bakı Dövlət Universiteti – 267 nəfər
2. Azərbaycan Dövlət İqtisad Universiteti – 216 nəfər
3. Bakı Ali Neft məktəbi – 180 nəfər
4. ADA Universiteti – 113 nəfər

 

Qruplar üzrə vəziyyətə gəlinc, I ixtisas qrupunda 600-dən yüksək bal toplayan abituriyentlər daha çox Bakı Ali Neft Məktəbinə üz tutub. 600-dən yüksək bal toplayan 160 abituriyent BANM tələbəsi adını qazanıb.

 

II ixtisas qrupunda isə abituriyentlər əsasən Azərbaycan Dövlət İqtisad Universitetinə maraq göstərib. Belə ki, 600-dən yüksək nəticə göstərən 122 abituriyent bu universiteti seçib.

 

III ixtisas qrupu üzrə tələbələrin ən çox üz tutduğu universitet Bakı Dövlət Universiteti olub. Yüksək nəticə əldə edən 243 abituriyent BDU tələbəsi olmağa haqq qazanıb.

 

IV ixtisas qrupunda ən böyük maraq Azərbaycan Tibb Universiteti olub ki, yüksək bal toplayan 362 abituriyent məhz bu universiteti seçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ