Modern.az

Sənəd qəbulunun müddəti uzadılır

Sənəd qəbulunun müddəti uzadılır

Təhsil

12 Avqust 2024, 18:52

“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsinə sənəd qəbulunun müddəti avqustun 26-dək uzadılır.

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları bu təhsilə cəlb etməkdir.

Ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi