Modern.az

"Namizədlər daha çox mərkəz məktəblərinə üstünlük verir"

"Namizədlər daha çox mərkəz məktəblərinə üstünlük verir"

Təhsil

14 Avqust 2024, 12:38

Namizədlər vakant yer seçimləri zamanı daha çox mərkəz məktəblərinə üstünlük verir.

 

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı jurnalistlərə müsahibəsində söyləyib.

 

“Vakansiyaların az olması və ya olmaması ilə bağlı məsələyə gəldikdə isə, demək istərdik ki, daxil olan müraciətlərin əsas hissəsi, namizədlərin vakant yer seçimləri zamanı daha çox paytaxt və böyük şəhərlərə üstünlük verməsi ilə bağlıdır.

 

Nəticədə hətta ölkə üzrə bir çox vakant yer namizədlər tərəfindən seçilmir. Bu istiqamətdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas məqsədi həm paytaxt (mərkəz) və böyük şəhərlərdə, həm də regionlarda olan məktəblərimiz üçün eyni əsas və meyarlarla seçilmiş, bilik bacarıqları yüksək müəllimləri təyin etməkdir”, - deyə sektor müdiri bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ