Modern.az

"Xaricdə təhsil proqramı insan kapitalının formalaşmasına təkan verir"

"Xaricdə təhsil proqramı insan kapitalının formalaşmasına təkan verir"

Təhsil

15 Avqust 2024, 13:23

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb. Daha 205 namizəd proqram iştirakçısı adını qazanıb və bu il dövlət hesabına xaricdə təhsil alacaq gənclərin sayı 500-ə çatıb.

 

Təhsil eksperti İlqar Orucov Modern.az-a bildirib ki, 2007-ci ildən ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü və birbaşa onun qayğısı nəticəsində “Gənclərin xaricdə təhsil alması ilə bağlı dövlət proqramı” start götürüb:

 

“Birinci proqram 2007-2015-ci illərdə 2500-dən çox gəncimizi əhatə etdi. Növbəti illərdə gənclərimizin xaricdə təhsil alması prosesi ayrıca proqram kimi olmasa da, dövlətlərarası razılaşma əsasında fərqli formada davam etdirildi. Azərbaycanla Macarıstan, Çin və digər ölkələr arasında bu kimi proqramlar həyata keçirilməyə başlandı. Növbəti belə bir proqram Azərbaycan universitetlərinin rəqabətinin artırılması ilə bağlı idi. Bu proqram 2019-2021-ci illəri əhatə etdi. Proqram daha çox doktorantura üzrə kadr hazırlığına yönəlmilşdi. Cənab Prezident Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı sərəncamı  2 gün əvvəl imzaladı. Bu sərəncamla həm müddət artırıldı, həm də proqramda dəyişiklik olundu. Dəyişikliklə birlikdə gənclərimizə xaricdə doktorantura təhsili alma imkanları yaradıldı”.

 

Ekspert bu istiqamətdə dövlət başçısının həyata keçirdiyi işləri dünyada alternativi, analoqu olmayan proqramlar kimi dəyərləndirir:

 

“Dövlət Neft Fondunun vəsaiti hesabına bizim gənclərimiz möhtərəm Prezidentin sərəncamı ilə dünyanın ən nüfuzlu təhsil müəssisələrində təhsil almağa göndərilirlər. Mən birinci dövlət proqramını hazırlayan işçi qrupunun üzvü olmuşam. Biz bu layihəni hazırlayarkən tələb bununla bağlı idi ki, dünyanın ən nüfuzlu universitetlərində ölkəmiz üçün əhəmiyyət kəsb edən kadr hazırlığı üçün seçimlər edilsin. Bu işlər çox yüksək səviyyədə həyata keçirildi. Hazırda da o layihənin davamı qeyd etdiyim proqram çərçivəsində reallaşdırılır”.

 

Müsahibimiz sonda qeyd edib ki, dövlət dəstəyi təhsil almağa göndərilən tələbələrin sayı 2 dəfə artıb:

 

“Bu ölkə başçımızın insan kapitalının formalaşmasına verdiyi önəmdən irəli gəlir. Prezident İlham Əliyev Azərbaycanın davamlı inkişafını peşəkar kadrlarla reallaşdırır, gələcəkdə ölkəmizin inkişafı ilə bağlı işləri həyata keçirəm biləcək, o yükün altına girə biləcək insanları bu gündən formalaşdırır. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi dövründə bütün mənalarda inkişaf edib. Biz torpaqlarımızın işğalına ölkə başçımızın dəmir yumruğu ilə son qoymuşuq. İndi o torpaqlarda bərpa olunması, infrastrukturun yenilənməsi prosesi gedir. Bu prosesi həyata keçirən insanlar olaraq peşəkar kadrlara ehtiyac duyuruq. Gələcəkdə də peşəkar kadrlara ehtiyac olacaq. Həmin kadrların təminatı bu gün həyata keçirilir. Xatırlayıram ki, ölkə başçımızın qara qızılı insan kapitalına çevirməklə bağlı yanaşması vardı. Bu yanaşma əməli işlərlə öz təsdiqini tapır. Əminəm ki, bizim peşəkar, savadlı kadrlarımız, dünyanın ən nüfuzlu universitetlərində təhsilm almağa göndərilən gənclərimiz gəlib Azərbaycanda dövlətimizin inişafına öz dəstəklərini verəcəklər. Azərbaycan bütün mənalarda inkişaf edəcək və dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcək. Bütün bunlar Azərbaycan gəncinin təhsil almaqla bağlı arzularının reallaşmasına dövlət başçımızın dəstəyinin ifadəsidir. Dünyanın fərqli ölkələrində gənclərin nüfuzlu universitetlərdə təhsil alamq arzuları var. Amma bu arzular gerçəkləşə bilmir. Çünki bu universitetlərdə təhsil haqqları çox yüksəkdir. Tələbə sosial baxımdan ən həssas və qayğıya ehtiyacı olan təbəqədir. O tələbənin qayğılarını, xərclərini dövlət qarşılayır. Bundan böyük dəstək ola bilərmi? Ona görə də bu dünyada analoqu olmayan işlərdir. Hansı ki, cənab İlham Əliyev bu şansı gənclərimiz üçün yaradır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri