Modern.az

Azərbaycan-İran sərhəddində silahlı insident: 1 həbçi həlak olub, iki nəfər yaralanıb

Azərbaycan-İran sərhəddində silahlı insident: 1 həbçi həlak olub, iki nəfər yaralanıb

Təhsil

2 Dekabr 2013, 09:56

Dekabrın 1-də saat 19:30 radələrində Dövlət Sərhəd Xidməti Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib. Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin verdiyi məlumata görə, insident zamanı bir nəfər hərbi qulluqçu həlak olub, iki nəfər isə yaralanıb.

Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən araşdırma tədbirləri aparılır.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU