Modern.az

“El” Eldar Namazova görə toplana bilmədi

“El” Eldar Namazova görə toplana bilmədi

Təhsil

2 Dekabr 2013, 11:46

“El” Hərəkatının toplantısı təxirə salınıb. Bu barədə Modern.az-a hərəkatın Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev məlumat verib. O bildirib ki, toplantının keçirilməmə səbəbi Eldar Namazovun ölkədə olmamasıdır: “Eldar Namazov bu gün ölkəyə qayıtmalı idi. Amma texniki problemlərə görə gələ bilməyib. Ona görə bu günə planlaşdırılan toplantını təxirə salmalı olduq”.
E. Quliyev qeyd edib ki, “El” Hərəkatı Milli Şuranın sessiyasına qədər mövqeyini ortaya qoyacaq: “Eldar Namazovla telefonla məsləhətləşmələr aparırıq. Yəqin ki, Milli Şuranın sessiyasına qədər Rüstəm İbrahimbəyovun istefası ilə bağlı mövqeyimizi ortaya qoyacağıq. Qərarımız Milli Şuranın qorunub, saxlanması xidmət edəcək”.  

İlkin PİRƏLİ  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU