
“Ukraynadakı etiraz aksiyalarını pis qiymətləndirirəm. Ölkənin sabitliyi pozulur, iqtisadiyyatına zərər dəyir. Axır nəticədə insanların özlərinə zərər dəyir. Xalq özü başa düşüb dövlətçiliyini qorumalıdır”. Bunu
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri və Millət vəkili Eldar İbrahimov deyib. Qeyd edək ki, Ukrayna paytaxtı Kiyevdə avrointeqrasiya tərəfdarları prezident Yanukoviçin əleyhinə kütləvi mitinqi davam etdirirlər. Hətta Nazirlər Kabinetinin binası da etirazçılar tərəfindən mühasirəyə alınıb. E. İbrahimov sabitliyin bərpa olunacağına inanır: “Gələcəyin necə olacağına proqnoz vermək çətindir. Hesab edirəm ki, Ukrayna xalqı ağıllı xalqdır, öz ölkəsinin sabitliyini qorumağı bacaracaqlar”.
Misranə Həsənzadə