Ukraynanın paytaxtında keçirilən etiraz aksiyaları zamanı 40-a qədər yerli və xarici KİV-i təmsil edən jurnalistin müxtəlif xəsarətlər aldığı iddia olunur. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, rəsmi mənbələr hələ ki bu məlumatı təsdiqləməyiblər. Məlumatda qeyd edilir ki, onların əksəriyyəti dekabrın 1-də Prezident Administrasiyasının yaxınlığında xəsarət alıblar. Xəsarət alanlar arasında “Reuter” agentliyinijn fotoqrafı, “Euronews”in operatoru, polşalı jurnalist Pavel Penyajek, danimarkalı jurnalist Yohannes Vamberq, “Franss Press”in əməkdaşı Sergey Supinski, “İnsider”in fotomüxbiri Maksim Kudinets, “AssociatedPress” agentliyinin jurnalisti Sergey Çuzakov var. Bundan başqa, “LifeNews” Moskva nümayəndəsi Emin Kələntərovun, “The New York Times”in fotomüxbiri Cozef Sivenskinin və yerli KİV nümayəndələrinin də yaralananlar arasında olduğu bildirilir.