“15-16 sentyabr tarixlərində tələbələrimizin Xankəndi şəhərinə aparılması, onların universitetimizlə tanış edilməsi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük”.
Modern.az-ın məlumatına görə, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Azərbaycan müəllimi”nə müsahibəsində deyib.
Ş.Bayramov qeyd edib ki, bütün universitet heyəti tələbələrimizə bu prosesin daha rahat keçməsi üçün lazımi dəstəyi göstərəcək.