Modern.az

Gülər Əhmədova: "Cənab prezident, mən dələduz deyiləm"

Gülər Əhmədova: "Cənab prezident, mən dələduz deyiləm"

Təhsil

2 Dekabr 2013, 12:51

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. ANS PRESS-in məhkəmədə olan müxbirinin verdiyi məlumata görə, Gülər Əhmədova məhkəmədə prezidentə müraciət edəcəyini və günahsız olduğunu deyib: "Prezidentə müraciət edəcəyəm. Mən günsahsızam, dələduz deyiləm! Xahiş edirəm, bu iş araşdırılsın. Xahiş edirəm, mənə qarşı mərhəmətli olasınız".

Məhkəmə prosesində sabiq millət vəkili bildirib ki, ona hökm oxunacağını, həbsxanada qalacağını və güllələnəcəyini deyiblər. Məhkəmədən ədalətli olmağı xahiş edən Gülər Əhmədova həmçinin ailə üzvlərinin və özünün səhhətini nəzərə almağı istəyib.

Gülər Əhmədova bildirib ki, əsası olmayan bu videonu ona qarşı ittiham aktına əlavə ediblər: "Mən demokratiya nədir bilmirəm. Bundan əvvəl elə bilirdim ki, demokratiyanın nə olduğunu bilirəm, amma yanılmışam. Azərbaycanda bir iki nəfər demokratiyanın nə olduğunu bilir. İndi əsası olmayan br videonu mənə qarşı ittiham aktına əlavə ediblər".

Gülər Əhmədova prezidentin və konsitutsiyanın maddələrinin nəzərə alınmasını və kənara atılmamasını istəyib: "Sizə yalvarıram ki, prezidentin fərmanını kənara atmayın, yalvarıram sizə. İttiham aktında Elşad Abdullayev və Sevinc Babayevanın 7 mesajının və və videonun əslinin nəzərə alınmasını istəyirəm. Əgər mesjlar ortaya çıxıbsa, hamısını çıxarsınlar ortaya"

Gülər Əhmədova son sözündə onun üçün imza toplayıb Mehriban Əliyevyaya göndərənlərə təşəkkür edib. Sabiq millət vəkili məhkəmə zamanı 17 dekabr tarixli ifadəsinin hakimlər tərəfindən yenidən oxunmasını istəyib: "O ifadədə mən kimdənsə pul aldığımı və pul ötürdyümü deməmişəm, mənə nə edirsiniz edin, amma prezidentin fərmanını kənara atmayın".

Hazırda məhkəmədə fasilə elan edilib. Gülər Əhmədova ilə bağlı hökm saat 15:00-da oxunacaq.

Ötən həfə keçirilən məhkəmə prossesi zamanı sabiq deputat G.Əhmədova son söz demək üçün özünü yaxşı hiss etmədiyini və müalicə olunmalı olduğunu dediyi üçün məhkəmə dekabrın 2-nə qədər təxirə salınmışdı.

Xatırladaq ki, sabiq deputatın ötən həftə baş tutan məhkəmə prosesi zamanı dövlət ittihamçısı Eldar Həmzəyev, himayəsində az yaşlı uşaq olmasını və 3 dəfə millət vəkili seçilməsini əsas gətirərək, G.Əhmədova barəsində cinayət məcəllələrini ümumiləşdirilərək, ona CM-nin yüngülləşdirici 62-ci maddəsini tətbiqini və onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

G. Əhmədova, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU