Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihə çərçivəsində gənc rəssamlar arasında “Sərsəng harayı” adlı müsabiqə elan edib. Müsabiqədə 18-35 yaşlarında rəssamlar iştirak edə bilərlər.
Yağlı boya ilə çəkilmiş əsərlərin arxasında rəssamın adı və soyadı, mobil telefon nömrəsi, elektron ünvanı və əsərin adı göstərilməlidir. Müsabiqənin mükafatlandırma fondunda: I yer – 1 000 manat, II yer – 750 manat, III yer – 500 manat. Hər birinin məbləği 250 manat olmaqla 5 həvəsləndirici mükafat nəzərdə tutulub. Əsərlər 1-15 fevral 2014-cü ildə qəbul ediləcək. Bu barədə əlavə məlumat avciya.az və sarsang.org saytlarında yerləşdiriləcək. Sərgi 2014-cü ilin fevralında Tərtər şəhərində keçiriləcək.