Modern.az

“Milli Şurada yanlışlıqlar davam edəcək” - istefa vermiş Şura üzvü

“Milli Şurada yanlışlıqlar davam edəcək” - istefa vermiş Şura üzvü

Təhsil

2 Dekabr 2013, 14:07


“Asəf Quliyevin öz fikirləri var. Mənim də həmçinin mövqeyim var. Kiməsə görə hansısa qurumdan istefa vermərəm”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın sabiq üzvü Zəminə Dünyamalıyeva deyib.

O, Milli Şuradan istefa verən Asəf Quliyevin “Qurumdan Arif Hacılı, Rauf Arifoğlu, Pənah Hüseynə görə istefa verdim” fikrinə münasibət bildirərkən deyib ki, onun istefasına kimsə səbəb olmayıb: “Milli Şuradan kiməsə görə istefa verməmişəm. Ümumi dəyərlər, xalqımız üçün gedən proseslər məni qane etmədiyinə görə istefa vermişəm. Fərdi qaydada kimləsə nə problemim var, nə də kiməsə görə həyat amalımı, tərzimi, siyasi fəaliyyətimi tənzimləyirəm”.

Z. Dünyamalıyeva Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən getməsini düzgün addım kimi qiymətləndirib: “Rüstəm İbrahimbəyovun istefa verməsinə normal yanaşdım. Çünki Milli Şuranın ərsəyə gəlməsində onun böyük rolu var. Amma hər şeydə olduğu kimi onun da fəaliyyətinə dəyər verilmədi. Bu görə də Rüstəm İbrahimbəyov istefa verməklə düzgün addım atdı”.

O, Milli Şuranın adının dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: “Milli Şurada gedən proseslərin mənə aidiyyəti yoxdur. Onu orada oturanlar bilər. Onsuz da indiyə qədər yanlış etdikləri işi bir daha edəcəklər. Ona görə də orada gedən işlər o qədər də əhəmiyyətli deyil”. 

 

 

İlkin PİRƏLİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU